Tarix : 2025 Mar 19
Kod 65308

Türkiyədə lirənin çökməsi, seçkiləri boykot çağırışı və toplantıların qadağan edilməsi

Ərdoğanın qarşıdan gələn prezident seçkilərində əsas rəqibi olan İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyə bir neçə hadisənin şahidi olub.
arannews:irna-Bir gün əvvəl İstanbul Universiteti İmamoğlunun ali təhsil diplomunu ləğv etmək qərarına gəlib. Bu, onun prezidentliyə namizədliyini irəli sürməsinə mane olur.

2027-ci ildə keçirilə biləcək prezident seçkilərində Ərdoğanın əsas rəqibi sayılan İmamoğlu onun diplomunun ləğv edilməsi qərarını qanunsuz adlandırıb.

İmamoğlu bu gün korrupsiya və terror qruplaşmaları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs edilib. Eyni zamanda 100 türkiyəli siyasi fəal, iş adamı və sosial media fəalı da həbs edilib.

 

Təhlükəsizlik tədbirləri və siyasətçilərin reaksiyaları

Sosial şəbəkələr sıradan çıxıb, Twitter və Instagram bloklanıb.

İstanbulun bir sıra mərkəzi küçələrində təhlükəsizlik tədbirləri gücləndirilib, yaxın günlərdə şəhərdə toplantı və nümayişlər qadağan edilib.

Türkiyənin İYİ Partiyasının lideri Dervişoğlu müxalifəti Ərdoğanın namizədliyi açıqlanacağı təqdirdə prezident seçkilərini boykot etməyə çağırıb.

 

İqtisadi nəticələr

İmamoğlunun həbsindən sonra türk lirəsi tarixin ən aşağı həddinə çatıb – dolların məzənnəsi hazırda 41 lirəni keçib.İstanbul Birjası indeksi açılışda demək olar ki, 7% ucuzlaşıb və ticarət müvəqqəti olaraq dayandırılıb.

  • Yazılıb
  • da (də) 2025 Mar 19
  • Göndərən رضا رستمی