arannews:shafagna- həmçinin polis tərəfindən onun evində axtarış da aparılıb. O, polisin müşayiəti ilə məhkəmə binasına çatdırılıb.
Bildirilir ki, Türkiyə prokurorluğu mer və aralarında biznesmenlər və jurnalistlərin də olduğu ümumilikdə 100 nəfərin həbsinə dair order verib. Onlara qarşı müxtəlif, o cümlədən də cinayətkar təşkilata üzvlük və rəhbərlik, şantajla pul almaq, rüşvət almaq, şəxsi məlumatların qeyri-qanuni şəkildə əldə edilməsi və tender nəticələrinin saxtalaşdırılması və digər ittihamlar irəli sürülüb.
Xatırladaq ki, bu həftə İstanbul Universiteti Ekrem İmamoğlunun diplomunu da sıfırlayıb. KİV-lər qeyd edirlər ki, bu, onu gələcəkdə prezident seçkilərində iştirak imkanından məhrum edir, çünki ölkə qanunvericiliyinə əsasən, namizədin ali təhsilinə dair diplomu olmalıdır.
Qeyd edək ki, o, CHP partiyasının təmsilçisidir.