Tarix : 2025 Mar 21
Kod 65311

Əraqçi: İran diplomatiya və dialoqa sadiqdir

Xarici İşlər naziri İran İslam Respublikasının diplomatiya və dialoqa sadiq olduğunu vurğulayaraq deyib: “Hesab edirik ki, diplomatiya birtərəfli siyasətlərə, ədalətsiz təzyiqlərə, qəddar sanksiyalara, təhdid və hədə-qorxuya daha uyğun alternativdir.”
arannews:irna-Seyid Abbas Əraqçi yeni Günəş ili münasibətilə təbrik müraciətində İran İslam Respublikasında diplomatiya və dialoqa sadiqliyi vurğulayaraq bildirib: “Hesab edirik ki, diplomatiya birtərəfli siyasətlərə, ədalətsiz təzyiqlərə, qəddar sanksiyalara, təhdid və hədə-qorxuya daha uyğun alternativdir. İran İslam Respublikası hər zaman dialoq və danışıqlara hazır olub, lakin bərabər mövqedən aparılan və İran xalqının mənafeyini təmin edən danışıqları qəbul edir.”

Bu siyasətə sadiqliyimizi davam etdirdiyimizi bildirən Xarici İşlər naziri əlavə edib: “İran xalqı şərəfli və izzətli bir xalqdır, özünə inamı var, Uca Allahdan başqa heç bir güc qarşısında boyun əymir. Bu il də Mütəal Allahın köməyi ilə eyni məntiqlə İran İslam Respublikasının xarici siyasətini irəli aparacağıq.”

Seyid Abbas Əraqçi İran xalqının maraqlarından zərrə qədər də güzəştə getməyəcəklərini vurğulayaraq, arzu edib ki, Yeni il İran xalqına xidmət etmək və İran xalqı üçün yeni, ali və daha nəcib məqsədlərə nail istiqamətində daha yaxşı fürsət olsun və mən buna çox ümid edirəm.

  • Yazılıb
  • da (də) 2025 Mar 21
  • Göndərən رضا رستمی