Tarix : 2025 Mar 22
Kod 65313

İrəvani: Amerikanın əsassız ittihamları onun İrana qarşı düşmənçilik siyasətini göstərir

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Amerikanın İrana qarşı əsassız ittihamlarını rədd edərək deyib: Bu əsassız ittihamlar Amerika hökumətinin İran İslam Respublikasına qarşı düşmənçilik siyasətini bir daha ortaya qoyur.
arannews:irna-İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına və Birləşmiş Millətlər Təşkilatının baş katibinə ünvanladığı məktubda ABŞ və İsrailin Təhlükəsizlik Şurasının iclasında Tehrana qarşı ittihamlarına toxunaraq, bildirib: Bu ittihamlar beynəlxalq ictimai rəyi İsrail rejiminin Qəzzada Fələstin xalqına qarşı törətdiyi soyqırım müharibəsindən, hərbi cinayətlərdən və böyük faciələrdən yayındırmaq üçün hesablanmış cəhddən başqa bir şey deyil.

İran İslam Respublikasının yüksək səviyyəli diplomatı vurğulayıb: Bu əsassız ittihamlar ABŞ hökumətinin İran İslam Respublikasına qarşı düşmənçilik siyasətini bir daha vurğulayır və təsdiq edir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Vaşinqtonun birbaşa rəhbərliyi altında reallıqları görməzdən gəlir və İran İslam Respublikasına qarşı dəfələrlə əsassız ittihamlar səsləndirməkdə davam edir.

 

  • Yazılıb
  • da (də) 2025 Mar 22
  • Göndərən رضا رستمی