Tarix : 2025 Mar 23
Kod 65315

İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında telefon danışığı olub

İran İslam Respublikasının xarici işlər naziri və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefon danışığı zamanı regionda baş verən son hadisələri, xüsusilə də sionist rejimin Qəzzada soyqırımının genişlənməsini müzakirə ediblər.
arannews:irna-İranın xarici işlər naziri Seyid Abbas Əraqçi 22 mart, şənbə günü Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə söhbətində sionist rejimin Qəzzada müdafiəsiz Fələstin xalqına qarşı cinayətlərini qətiyyətlə pisləyərək, bu cinayətlərin dayandırılması üçün İslam ölkələrinin təcili və kollektiv addım atmasının vacibliyini vurğulayıb.

Əraqçi həmçinin ABŞ və İngiltərənin Yəmənə qarşı hərbi təcavüzü və günahsız qadın və uşaqların öldürülməsi və bu ölkənin infrastrukturunun məhv edilməsini pisləyib və İslam dünyasına Yəmənin müsəlman xalqına dəstək olmaq üçün ümumi məsuliyyəti xatırladıb.

Səudiyyə Ərəbistanının xarici işlər naziri ölkəsinin İsrailin təcavüzünü qəti şəkildə pisləməklə bağlı mövqeyini izah edərək, böhranın genişlənməsinin qarşısını almaq üçün region ölkələri arasında koordinasiya və sıx qarşılıqlı fəaliyyətin zəruriliyini vurğulayıb.

  • Yazılıb
  • da (də) 2025 Mar 23
  • Göndərən رضا رستمی