Tarix : 2025 Mar 24
Kod 65318

İran Azərbaycana 371 milyon dollar investisiya yatırıb

Ötən il İran İslam Respublikasının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 371,487 milyon ABŞ dolları təşkil edib.
arannews:shafagna-Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 24,496 milyon ABŞ dolları və ya 6,2% azaldıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində İrandan yatırılan investisiyaların payı 5,3% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə İrandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 395,983 milyon ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azdır.

  • Yazılıb
  • da (də) 2025 Mar 24
  • Göndərən رضا رستمی