Tarix : 2025 Mar 26
Kod 65321

“Mübahisələrin həlli üçün hərbi əməliyyat yolveriməzdir”

İran İslam Respublikasının XİN başçısı bəyan edib ki, rəsmi Tehran regional mübahisələrin həlli üçün istənilən hərbi əməliyyata qarşıdır.
arannews:parstoday-Seyid Abbas Əraqçi martın 25-də İrəvanda erməni həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında İranın Cənubi Qafqazda əlaqə yollarının açılması ilə bağlı mövqeyini bir daha təkrarlayıb. O bildirib ki, İran kommunikasiya əlaqələrinin qurulmasının tərəfdarıdır, lakin bu, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və milli qanunlarına hörmət əsasında edilməlidir.

İranlı nazir, Azərbaycanın Ermənistan ərazisindən keçən ekstraterritorial dəhlizi hərbi yolla ələ keçirməyə cəhd edəcəyi təqdirdə Tehranın nə edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib: “İran regional problemlərin dialoq və diplomatiya yolu ilə həll edilməli olduğunu vacib hesab edir və regionda mübahisələrin həlli üçün istənilən hərbi addımın əleyhinədir. Bölgədə əlaqə yollarının, tranzit marşrutlarının inkişafı məqbul məsələdir, lakin bu, dövlətlərin ərazisi altında yer almalıdır. və ölkələrin milli qanunlarına hörmət edilməlidir”.

  • Yazılıb
  • da (də) 2025 Mar 26
  • Göndərən رضا رستمی