Tarix : 2025 Mar 27
Kod 65324

Tehranda Fitr bayramı namazı Ali Məqamlı Rəhbərin imamlığı ilə qılınacaq

Cümə İmamları Siyasət Şurasının sözçüsü bildirib: “Fitr bayramı namazı Tehranda İslam İnqilabının Ali Rəhbərinin imamlığı ilə İmam Xomeyni (r) müsəllasında İslami İranın paytaxt əhalisinin coşqulu iştirakı ilə qılınacaq.
arannews:irna-Cümə İmamları Siyasəti Şurasının əlaqələr və media mərkəzindən höccətül-islam Əli Nuri bu xəbəri açıqlayaraq deyib: “Şəvval hilalının görünməsi və Fitr bayramının elan edilməsindən sonra Fitr namazı nəzərdə tutulduğu kimi gələn həftə səhər saat 8:00-da qılınacaq və müsəlla səhər saat 4:00-dan etibarən namazqılanların üzünə açıq olacaq.”

Höccətül-islam Əli Nuri əlavə edib: “İctimai nəqliyyat səhər saat 4-dən başlayaraq namazqılanları şəhərin müxtəlif yerlərindən daşımağa hazır olacaq. Bu proqramın təfərrüatları tədricən kütləvi informasiya vasitələrində açıqlanacaq.”

  • Yazılıb
  • da (də) 2025 Mar 27
  • Göndərən رضا رستمی