Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Beynəlxalq Qüds Günü və işğal olunmuş Fələstindəki işğal və soyqırıma qlobal nifrətin ifadə edilməsi ilə eyni zamanda Beyrutda yaşayış məntəqələrinə hücumunu şiddətlə pisləyib və bunu atəşkəs razılaşmasının açıq şəkildə pozulması adlandırıb.
arannews:irna-İsmayıl Bəqai cümə günü sionist rejimin Livanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması olan bu cinayətkar əməlindən ikrah hissini ifadə edərək, BMT və atəşkəs razılaşmasının təminatçılarının birbaşa məsuliyyətinə işarə edib, beynəlxalq ictimaiyyətin bununla bağlı dərhal və effektiv addım atmasına, atəşkəs razılaşmasının dəfələrlə pozulmasına son qoymağa çağırıb.
Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: “Sionist rejimin Livana təcavüzünə haqq qazandırmaq üçün irəli sürdüyü bəhanələr tamamilə əsassızdır. Beynəlxalq ictimaiyyət işğalçı rejimin regionda - Qəzzədən tutmuş Livan və Suriyaya qədər davam edən qanunsuzluqlarına və beynəlxalq sülh və təhlükəsizliyə artan təhdidlərinə qarşı qətiyyətli tədbirlər görməlidir.”