Xarici İşlər naziri Seyid Abbas Əraqçi Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Ali-Nəhyan ilə telefon danışığında Fitr bayramı münasibətilə təbrik etməklə yanaşı, ikitərəfli münasibətlərin son durumu, regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparıb.
arannews:irna-Əraqçi BƏƏ-nin ABŞ-ın mesajının İrana çatdırılmasında fəaliyyətini təqdir edib və BƏƏ-li həmkarına görülən son tədbirlər, qərarlar və qarşıdakı yol barədə məlumat verib. İran və BƏƏ xarici işlər nazirləri ikitərəfli münasibətləri inkişaf etdirmək, regionda sülh və sabitliyin qorunmasına kömək etmək məqsədilə aralarındakı məsləhətləşmələrin və fikir mübadilələrinin davam etdirilməsini vurğulayıblar.