İslam İnqilabının Ali Rəhbəri ölkə rəsmiləri və İslam ölkələrinin səfirləri ilə görüşdə bu gün İslam dünyasının bir hissəsinin ağır yaralı olduğunu bəyan edərək deyib: “Fələstin yaralanmışdır, Livan yaralanmışdır. Bu bölgədə törədilən cinayətlər misilsizdir.”
arannews:irna-İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin bazar ertəsi Fitr bayramı münasibətilə İmam Xomeyni (r) Hüseyniyyəsində ölkə rəsmiləri və İslam ölkələrinin səfirləri ilə görüşündəki çıxışının ən mühüm məqamları bunlardır: - Bugünkü hadisələrin sürəti özünü bu hadisələrdə iştirak etmiş və ya təsirlənmiş hesab edənlərin hamısından bu hadisələri tez və diqqətlə izləməyi, öz mövqelərini müəyyənləşdirməyi tələb edir. Bu gün bu vəzifə İslam hökumətlərinin üzərinə düşür.
- Doğrudan da, bu gün İslam dünyasının onları birləşdirən, fəal və səmərəli vahidə çevirən nöqtələrə ehtiyacı var. Fitr bayramı həmin məqamlardan biridir. Fitr bayramı İslam və Peyğəmbərin (s) izzətinə səbəb olur.
- Bu gün İslam dünyasının bir hissəsi ağır yaralanıb; Fələstin yaralanıb, Livan yaralanıb. Bu bölgədə törədilən cinayətlərin bəziləri misilsizdir. İki ildən az müddətdə hərbi toqquşmalarda iyirmi minə yaxın uşağın həlak olmasını tarixdə xatırlamırıq, nə müşahidə etmişik, nə də oxumuşuq.
İran əleyhinə hər hansı şər əmələ qarşı ABŞ-ın maraqlarının müdafiəsi ofisinə rəsmi xəbərdarlıq
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin Amerika üzrə baş direktoru İsa Kamili səfirin olmadığı bir vaxtda İsveçrə səfirliyinin müvəqqəti işlər vəkilini Amerikanın maraqlarının təmsilçisi kimi Xarici İşlər Nazirliyinə çağırıb, İran İslam Respublikasının hər cür şər əmələ, istənilən təhlükəyə qəti və dərhal cavab verəcəyi ilə bağlı xəbərdarlıq xarakterli rəsmi notanı ona çatdırıb.
Sionist rejimin regionda əmin-amanlığı pozmaq üçün davam edən şər əməlləri və həmçinin ABŞ prezidentinin təhdidləri fonunda bu gün, bazar ertəsi, 31 mart səhər saatlarında səfirin olmadığı bir vaxtda İsveçrə səfirliyinin müvəqqəti işlər vəkili, Amerikanın maraqlarının təmsilçisi kimi Xarici İşlər Nazirliyinin Amerika məsələləri üzrə baş direktoru İsa Kamili tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu görüşdə Amerika məsələləri üzrə baş direktor gərginliyə səbəb olan, beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozan açıqlamaları pisləyib və rədd edib, İrana qarşı hər hansı şər əməllə bağlı xəbərdarlıq xarakterli rəsmi notanı ona çatdırıb, İran İslam Respublikasının istənilən təhlükəyə qəti və dərhal cavab vermək əzmində olduğunu bildirib.