Tarix : 2025 Apr 06
Kod 65338

Quru Qoşunlarının Komandanı: Düşmənə heç bir şər törətməyə imkan verməyəcəyik

Ordu Quru Qoşunlarının komandanı dünyanın ən qüdrətli ordularından biri olduğumuzu deyə biləcəyimizi bəyan edərək deyib: “Düşmənin heç bir şər törətməsinə icazə verməyəcəyik.”
arannews:irna-General-mayor Kiyumərs Heydəri bu qüvvələrin təhdidlərə qarşı durmaq qabiliyyətinin səviyyəsi barədə deyib: “Bu gün bizim hazırlığımız ətraf ölkələrin silahlı qüvvələrindən fərqli olaraq, ölkəmizdə davamlı təhlükəsizlik yarada biləcəyimiz səviyyədədir.”

Ordunun Quru Qoşunlarının komandanı bizim əcnəbilərdən asılılığımızın olmadığını bildirərək əlavə edib: “Ordu Quru Qoşunlarının 23 bölməsi üçün bütün silahlar ya qüvvələrin özündə istehsal olunur, ya da Müdafiə Nazirliyi tərəfindən verilir ki, bu da İran Quru Qoşunlarının özünü təmin etməsinin göstəricisidir.”

“Bu gün biz yeni taktika və texnikalar yarada biləcəyimiz bir güc mövqeyindəyik, halbuki, düşmən onlardan xəbərsizdir. Buna əsasən, dünyanın ən güclü və bacarıqlı ordularından biri olduğumuzu deyə bilərik” - deyə, o, qeyd edib.

  • Yazılıb
  • da (də) 2025 Apr 06
  • Göndərən رضا رستمی