Silahlı Qüvvələrin Baş Qərargah rəisi strategiyamızın milli maraqları müdafiə etmək və müəyyən edilmiş üfüqlərə doğru irəliləmək olduğunu bildirərək deyib: “İran İslam Respublikası müharibəsevər deyil, lakin zorakılıq və məcburiyyəti qəbul etmir və buna qarşı dayanacaq.”
arannews:irna-General-mayor Məhəmməd Baqiri bazar günü, 5 apreldə Silahlı Qüvvələrin Baş Qərargahı və Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandirləri, rəhbərləri və heyətinin iştirakı ilə keçirilən toplantıda “Doğru Vəd-1” və “Doğru Vəd-2” əməliyyatların həyata keçirilməsinə toxunaraq deyib: “Sionist rejimlə hərbi qarşıdurmada və Doğru Vəd əməliyyatlarının həyata keçirilməsində düşmənin və özümüzün imkanlarını, güclü və zəif tərəflərini hərtərəfli sınaqdan keçirdik və ən qısa zamanda bəzi problemləri diqqətlə həll edə bildik. İndi qətiyyətlə və dəqiq məlumatla deyirəm ki, Hava Hücumundan Müdafiə sistemimizin vəziyyəti, raket istehsal və qabiliyyətinin səviyyəsi, pilotsuz uçuş aparatları və kruiz imkanları iki Doğru Vəd əməliyyatı və düşmənin 26 oktyabr əməliyyatı ilə müqayisə oluna bilməz.” General-mayor Baqiri beynəlxalq insan haqları qurumlarının Qəzzədə sionist rejimin günahsız insanları, uşaqları, qadınları və qocaları vəhşicəsinə öldürməsi cinayətləri və vəhşiliyi ilə bağlı ölümcül susqunluğunu və ikili standartlarını pisləyərək deyib: “Əl-Əqsa Tufanı” əməliyyatından sonra sionist rejim tərəfindən Qəzzə və Livanda günahsız insanların soyqırımı, insanların ev və yaşayış yerlərinin dağıdılması ABŞ rejimi və Avropa ölkələrinin qəti dəstəyi ilə, beynəlxalq qondarma insan haqları qurumlarının ikili standartı və biabırçı sükutunun sayəsində baş vermişdir.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ-ın yeni prezidentini narsist və zorakı adlandıraraq deyib: “Bu gün dünya şahiddir ki, o, düşmənləri ilə yanaşı, dostları və müttəfiqləri ilə də toqquşmuşdur. O, bu yaxınlarda İslam İnqilabının Ali Rəhbərinə məktub yazdı, Ali Rəhbərin tədbirləri və sərəncamları nəzərə alınaraq özünə uyğun cavab aldı.”
“İslam İnqilabının Ali Rəhbərinin tədbirləri ona əsaslanırdı ki, biz müharibənin təşəbbüskarı deyilik; istənilən təhdidə var gücümüzlə cavab verəcəyik; biz regionda sülh ardıncayıq; biz nüvə məsələsində nüvə silahına can atmırıq və xalqımızın ehtiyaclarını nüvə yolu ilə həyat keçirmək ardıncayıq; birbaşa danışıqlar aparmayacağıq, amma dolayı danışıqlarda heç bir qəbahət yoxdur; siz keçmiş danışıqlarda sözünə və əhdinə vəfa etməyən tərəf idiniz və ona görə də sizə heç bir inam yoxdur” – deyə, general-mayor Baqiri əlavə edib.