Xarici İşlər Nazirliyinin mətbuat katibi Oman və onun xarici işlər nazirinə İran və ABŞ arasında dolayı danışıqlara evsahibliyi etdiyinə görə təşəkkür edib.
arannews:irna-İsmayıl Bəqai şənbə 12 aprel axşam saatlarında X sosial şəbəkəsində yazıb: “Xarici işlər naziri doktor Əraqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə sanksiyaların ləğvi və nüvə məsələsi ilə bağlı bir sıra dolayı danışıqlar apardıqdan sonra Maskatdan Tehrana qayıdır.” O, əlavə edib: "Biz Oman və onun xarici işlər naziri Bədr bin Həməd Əl Busaidiyə bu danışıqlara evsahibliyi və vasitəçilik etdiklərinə görə təşəkkür edirik."
"Gələn həftə dolayı danışıqları davam etdirmək üçün iki tərəf arasında razılaşmanı nəzərə alaraq, Oman bu mühüm rolu oynamağa davam edəcək", - Bəqai deyib.