Tarix : 2025 Apr 13
Kod 65352

Ali Məqamlı Rəhbər: İranın bədxahlarının qəzəbinin səbəbi İslam Respublikasının inkişafıdır

İslam İnqilabının Ali Rəhbəri bugünkü çıxışında deyib: “Ölkənin tərəqqisi İranın bədxahlarını qəzəbləndirib və məyus edib. Təbii ki, iqtisadi məsələlər kimi sahələrdə zəifliklər vardır və şübhəsiz, onların həlli üçün səy göstərmək lazımdır.”
arannews:irna-İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında yeni il münasibətilə Silahlı Qüvvələrin bir qrup komandiri və rəsmiləri ilə görüşündə Silahlı Qüvvələri ölkənin hasarı, xalqın istənilən təcavüzkara qarşı sığınacağı adlandırıb, bu milli məsuliyyəti yerinə yetirmək üçün maksimum hazırlığın, sərt və yumşaq proqram tədbirlərinin davamlı olaraq gücləndirilməsini vurğulayaraq deyib: “Ölkənin tərəqqisi İranın bədxahlarını qəzəbləndirib və məyus edib. Təbii ki, iqtisadi məsələlər kimi sahələrdə zəifliklər vardır və şübhəsiz, onların həlli üçün səy göstərmək lazımdır.”

Ayətullah Xamenei bu görüşdə Silahlı Qüvvələrin sərt proqram hazırlığını onların silah imkanlarını gücləndirmək, təşkilati və məişət imkanlarını təkmilləşdirmək mənasında xarakterizə edərək əlavə edib: “Sərt proqram hazırlıqları ilə yanaşı, məqsəd və missiyaya inam və yolun qanuniliyinə əminlik mənasını verən yumşaq proqram hazırlığı da çox vacibdir və onu zədələmək üçün düşmənçilik cəhdləri var.”

O, İslam ölkəsinin islami və müstəqil mövcudluğunu ona qarşı düşmənçilik yaradan amil hesab edərək deyib: “Düşməni həssas edən İslam Respublikasının adı deyil, bir ölkənin müsəlman, müstəqil, kimliyə sahib olması, izzətini başqalarına güvənməmək əzmi onları qəzəbləndirir.”

İslam İnqilabının Ali Rəhbəri qlobal quldurların özlərini ən ağır və fəlakətli silah növləri ilə təchiz etmək və başqalarına müdafiə sahəsində irəliləyişi qadağan etməkdə ikili standartların nümunəsinə toxunaraq deyib: “Silahlı Qüvvələrdə əminlik, iman, iradə, cəsarət, Allaha təvəkkül maksimum dərəcədə olmalıdır. Çünki tarix boyu bu xüsusiyyətlərə malik olmayan möhtəşəm ordular iflasa uğrayıb.”

Həzrət Ayətullah Xamenei cəmiyyətdə yumşaq proqram hazırlığının qorunması və artırılmasında müxtəlif sektorların, o cümlədən Televiziya-Radio Şirkəti və təbliğat agentliklərinin səylərini tələb olunduğunu qeyd edərək bildirib: “Sevindirici haldır ki, bu gün ölkə nəinki sərt proqram hazırlığı baxımından keçmişdən xeyli irəlidədir, həm də yumşaq proqram hazırlığı baxımından çox irəlidədir. Buna misal olaraq yüzlərlə, minlərlə dindar və motivasiyalı gəncin mübarizənin lazım olduğu sahələrdə iştirakı üçün vəsfə sığmayan şövqünü göstərmək olar.

Ayətullah Xamenei bədxahların qəzəbini və onların mediadakı mübahisələrini İranın artan tərəqqisi ilə əlaqələndirərək deyib: “Onlar arzuladıqları məsələləri xəbər və reallıq kimi təqdim edirlər. Təbii ki, bu təlqinlər və təbliğatlarla mübarizə aparılmalıdır.”

Ali Məqamlı Rəhbər İslam Respublikasının yaxşı inkişaf və tərəqqi əldə etdiyini vurğulayaraq əlavə edib: “Təbii ki, bir sıra hiss olunan səviyyədə iqtisadi problemlər də vardır və onlar həll olunmalıdır. Ancaq düşmənlərimizin hətta heyranlığını da qazanmış heyrətamiz inkişaflara məhəl qoymayaraq, məsələlər qarışdırılmamlıdır.”

  • Yazılıb
  • da (də) 2025 Apr 13
  • Göndərən رضا رستمی