Tarix : 2025 Apr 14
Kod 65353

Prezident Mədəniyyət Nazirliyində: Mədəniyyət xadimləri ictimai rəyin formalaşmasında mühüm rol oynayır

Prezident Mədəniyyət və İslami İrşad Nazirliyinin ictimai disbalansın qarşısını almaqda məsuliyyətini vurğulayaraq deyib: “İctimai rəyin formalaşmasında media, mədəniyyət, din xadimləri mühüm rol oynayır və bu nazirlik cəmiyyətdə dəyişikliyin baş verdiyini əməldə nümayiş etdirməlidir.”
arannews:irna-Məsud Pezeşkiyan bu gün Mədəniyyət və İslami İrşad Nazirliyində olub, nazir, onun müavinləri və direktorlarla səmimi görüş keçirib.

Prezident Mədəniyyət və İslami İrşad Nazirliyinə sosial disbalansın qarşısının alınmasında məsuliyyət daşıdığını xatırladaraq deyib: “Media, mədəniyyət və din xadimləri ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Bu nazirlik cəmiyyətdə dəyişikliyin baş verdiyini əməldə nümayiş etdirməlidir. Əgər belə bir dəyişiklik müşahidə olunmazsa, qərarlarımıza yenidən baxmalıyıq.”

Çıxışının başqa bir hissəsində Təbrizdəki Rabe Rəşidi vəqfinə toxunan Pezeşkiyan bunu ali təhsil sistemində muxtar idarəetmənin tarixi və dəyərli nümunəsi hesab edərək deyib: “Həmin kompleksdə 750 il əvvəl dünyanın 7 canlı dilində tədris aparılır, universitetlər öz təsərrüfatlarından və məhsullarından əldə etdikləri gəlirlə idarə olunurdu. Bu gün biz də forma üzərində dayanmaq əvəzinə məna və effektivliyi vurğulamalıyıq.”

Prezident həmçinin ölkədəki məscidlərin böyük potensiallarından istifadəni mədəni məsələlərin və problemlərin həlli üçün dəyərli fürsət kimi qiymətləndirib, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) “səhəri açan, lakin müsəlmanlara əhəmiyyət verməyən şəxsin müsəlman olmadığını” bildirdiyi məşhur rəvayətinə istinad edərək, deyib: “Bizim dini düşüncə sistemimizdə insanların problemlərinə biganəliyin yeri yoxdur.”


Prezidentin çıxışından əvvəl Mədəniyyət və İslami İrşad naziri Seyid Abbas Salehi çıxış edərək ölkənin tərəqqisində mədəniyyətin mərkəzi rolunu vurğulayıb, Prezidentdən Mədəniyyət və İslami İrşad Nazirliyinin hökumətdəki nüfuzunun tanınmasını, bu nazirliyin ölkənin mədəniyyət siyasətinin mühafizəçisi kimi nüfuzlu mövqeyinin bir daha bərpa edilməsini xahiş edib.

  • Yazılıb
  • da (də) 2025 Apr 14
  • Göndərən رضا رستمی