İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan telefon danışığında ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələri müzakirə ediblər.
arannews:irna-Ölkəmizin xarici işlər naziri regional və beynəlxalq hadisələrlə bağlı İran İslam Respublikasının mövqelərini izah edərkən, Səudiyyə Ərəbistanının xarici işlər nazirinə İran və ABŞ arasında bu yaxınlarda Maskatda keçirilmiş dolayı danışıqlar və bu danışıqların birinci raundu kimi Avropa ölkələrindən birində Omanın xarici işlər nazirinin evsahibliyi ilə keçiriləcək növbəti raundu barədə məlumat verib. Səudiyyə Ərəbistanının xarici işlər naziri ölkəmizin xarici işlər nazirinin danışıqlarla bağlı verdiyi məlumatı yüksək qiymətləndirib, danışıqlar prosesini alqışlayaraq, bu danışıqların İran və bütün region üçün əlverişli nəticəyə gətirib çıxaracağına ümid etdiyini bildirib.