Prezident İslam İnqilabının Ali Rəhbərinin müdrik göstəriş və kəlamlarını yüksək qiymətləndirərək deyib: “Danışıqlar prosesi normal şəkildə davam edir. Ölkə işləri də öz təbii məcrasında həyata keçirilir, davam etdirilir və bu müzakirələr, məsələlər bir saniyə belə gecikdirilmir.”
arannews:irna-Məsud Pezeşkiyan hökumət heyətinin bu gün səhər saatlarında keçirdiyi iclasda İslam İnqilabının Ali Rəhbərinin müdrik göstəriş və kəlamlarını yüksək qiymətləndirərək deyib: “Danışıqlar prosesi normal şəkildə davam edir. Ölkə işləri də öz təbii məcrasında həyata keçirilir, davam etdirilir və bu müzakirələr, məsələlər bir saniyə belə gecikdirilmir. Təbii ki, biz razılaşmanın əldə olunmasını alqışlayırıq.” Hökumət heyətinin bugünkü iclasında Xarici İşlər naziri həmçinin İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında danışıqların son vəziyyəti və gedişatı, eləcə də gələn şənbə günü danışıqlara aid mövzular haqqında hesabat təqdim edib.