Xarici işlər naziri Seyid Abbas Əraqçi Rusiyanın yüksək rütbəli rəsmiləri ilə danışıqlar və məsləhətləşmələr aparmaq və Ali Rəhbərin yazılı mesajını ölkə prezidentinə çatdırmaq üçün diplomatik nümayəndə heyətinə başçılıq edərək cümə axşamı günortadan sonra Moskvaya gəlib.
arannews:irna-Moskvanın Vnukovo Beynəlxalq Hava Limanında Əraqçini Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə baş direktoru və ölkəmizin səfiri qarşılayıblar. Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran İslam Respublikası xarici işlər nazirinin Rusiyaya əvvəlcədən planlaşdırılan səfəri Rusiya xarici işlər naziri Sergey Lavrovun dəvəti və iki ölkə arasında strateji tərəfdaş kimi davamlı müşavirələr və məsləhətləşmələr çərçivəsində həyata keçirilir.
İsmayıl Bəqayi əlavə edib: Bu səfər zamanı Əraqçinin yüksək vəzifəli Rusiya rəsmiləri ilə ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələr, həmçinin ABŞ ilə son dolayısı danışıqları müzakirə etmək və fikir mübadiləsi aparmaq planlaşdırılır.