Tarix : 2025 May 11
Kod 65383

İran və Ərəbistannın xarici işlər nazirləri Ciddədə görüşüblər

İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri çərçivəsində (10 may şənbə günü) Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan ilə görüşüb və danışıqlar aparıb.
arannews:irna-Bu görüş qonşularla, xüsusilə Fars körfəzi ölkələri ilə münasibətlərin yaxşılaşdırılması və ikitərəfli əməkdaşlığın müzakirəsi çərçivəsində baş tutub.

Həmçinin, diplomatik adət üzrə və qonşuların yerinin İran üçün əhəmiyyətinə görə, bu görüşdə Əraqçi səudiyyəli həmkarını dolayı İran-ABŞ danışıqlarındakı son irəliləyişlər barədə məlumatlandıracaq.

  • Yazılıb
  • da (də) 2025 May 11
  • Göndərən رضا رستمی