İranın Birinci vitse-prezidenti və Özbəkistanın Baş nazirinin iştirakı ilə iki ölkənin yüksək rütbəli rəsmiləri arasında dörd sənəd və birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
arannews:parstoday-Məhəmmədrza Arif və Abdullah Arifovun iştirakı ilə iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında birgə əməkdaşlığa dair dörd sənəd və anlaşma memorandumu imzalanıb.
İran İslam Respublikasının Sənaye, Mədən və Ticarət naziri ilə Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət naziri arasında Güzəştli Ticarət Sazişinin müddəalarının həyata keçirilməsinə dair Hökumətlərarası Protokol, İran İslam Respublikasının Bitki Mühafizəsi Təşkilatının rəhbəri ilə Özbəkistan Respublikasının Bitki Karantini və Mühafizəsi Agentliyinin rəhbəri arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, İran Milli Standartlar Təşkilatının sədri ilə Özbəkistan Respublikasının Texniki Tənzimləmələr Agentliyinin rəhbəri arasında Halal Standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkənin nazirləri və rəsmilərinin Birinci vitse-prezident doktor Məhəmmədrza Arif və Özbəkistanın Baş naziri Abdullah Arifovun iştirakı ilə imzaladığı 3 əməkdaşlıq sənədi olub.