İslam Respublikası Xəbər Agentliyi (İRNA) ilə Qətərin rəsmi Xəbər Agentliyi arasında media əməkdaşlığına dair anlaşma memorandumu çərşənbə axşamı iki ölkənin xəbər agentliklərinin rəhbərləri tərəfindən imzalanıb.
arannews:irna-Dohaya səfər edən İslam Respublikası Xəbər Agentliyinin (İRNA) baş direktoru Hüseyn Cabiri Ənsari Qətər rəsmi Xəbər Agentliyinin (QNA) baş direktoru Əhməd bin Səid Əl-Rumeyhi ilə görüşüb və fikir mübadiləsi aparıb.
Bu memorandumun məqsədi xəbər mübadiləsi sahəsində iki ölkə arasında əməkdaşlığı gücləndirmək və xəbər şəkilləri və videolarının mübadiləsi sahəsində ikitərəfli əməkdaşlığın qurulması, o cümlədən digər ölkədə jurnalistlərə və hər iki tərəfin nümayəndələrinə mümkün imkanlar və köməklik göstərməkdir.
İRNA Xəbər Agentliyinin baş direktoru qətərli həmkarı ilə birgə əməkdaşlığa dair anlaşma memorandumunu imzaladıqdan sonra Qətər Xəbər Agentliyinin müxtəlif şöbələrində olub, xüsusilə təhsil və süni intellekt sahələrində həyata keçirilən proqramlarla tanış olub.