Tarix : 2025 May 14
Kod 65389

Ayətullah Xamenei: Bu gün dünya insanabənzər heyvanlar tərəfindən idarə olunur-İran onların vəhşiliyi qarşısında dayanır

İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: Bu gün dünyanı insanabənzər heyvanlar idarə edir və İslam Respublikası onların vəhşiliyinə və qaniçənliyinə qarşı durmağı özünə borc bilir.
arannews:irna-Həzrət Ayətullah Xamenei iki gün əvvəl (12 may, bazar ertəsi) keçirilən Milli Yardım İşçiləri Şəhidləri Konqresinin qərargahının üzvləri ilə görüşündə yardım işçilərini insani keyfiyyətlərin və insansevərliyin təcəssümü adlandırıb, mədəni inkişaf yolu ilə İran xalqının fədakarlıq və insansevərlik ruhunun davam etdirilməsinin zəruriliyinə işarə edərək vurğulayıb: Bu ruhun əksi sionist rejimin Qəzzədəki cinayətləri və vəhşilikləri, Qərbin ona verdiyi dəstəkdir və bu qaniçənlik və batil cəbhəyə qarşı durmaq ümumbəşəri bir vəzifədir.

İnqilabın Ali Rəhbəri hazırkı tərəqqinin səbəbi kimi motivasiyalı və yenilikçi gənclərin sənaye, siyasət, tikinti, ədəbiyyat və incəsənət kimi müxtəlif sektorlara daxil olmasını göstərib və əlavə edib: Fədakar və həvəsli gənclərin köməyi ilə ölkədə mümkünsüz heç nə yoxdur.

Həzrət Ayətullah Xamenei deyib: Güllə yağışı altında olan xilasedicilər özlərini qorumaq deyil, yalnız başqalarını xilas etmək haqqında düşünürdülər. Onların heyrətamiz fədakarlıq ruhu o qədər böyük idi ki, bəzən hətta yaralı düşmən əsirlərinə də kömək edirdilər. Bu davranış insanlıqdan uzaqlaşmış dünyanın əksidir.

Müqəddəs Müdafiə dövründə cəbhə xəttinə yaxın səhra xəstəxanalarında həkim və tibb bacılarının fədakar əməyini incəsənət dilindən başqa bir dil ilə ifadə etmək mümkün deyil - deyə, o, qeyd edib.

Ali Məqamlı Rəhbər İran xalqının övladlarının böyük əməllərinin dünyaya tanıtılmamasını tənqid edərək deyib: Tarixi və qəhrəmanı olmayan bəzi ölkələr öz uydurma qəhrəmanlarını çoxlu təbliğatla tanıtmağa səy etdiyi halda, biz əsl qəhrəmanlarımızı tanıtmalı, onları populyar mədəniyyətə çevirməliyik ki, yardım və köməyin islami və insani bir vəzifə olduğu və bütün nəsillər boyu davamlı şəkildə davam etdirilməli olduğu bilinsin.

İslam İnqilabının Ali Rəhbəri fədakarlıq və yardım ruhunun əksini sionist cinayətkarların təcili yardım maşınlarına hücum etmək, xəstəxanaları bombalamaq, müdafiəsiz xəstələr və uşaqları qətlə yetirməkdə vəhşi davranış və xarakteri hesab edərək deyib: Bu gün dünyanı bu insanabənzər heyvanlar idarə edir və İslam Respublikası onların vəhşiliyinə, qaniçənliyinə qarşı durmağı özünə borc bilir.

Ayətullah Xamenei mülki şəxslərə qarşı cinayətlərə etirazın ictimai bir vəzifə olduğunu vurğulayaraq deyib: Ürəklərdə ümid çırağının yanmasını təmin edən də məhz bu vəzifə hissidir və təbii ki, bu, Qərb kimi düşmənləri İslam Respublikasına qarşı çıxmağa məcbur edib. Ona görə də onların vəhşiliyinə etirazımızı dayandırsaq, bizə düşmənçilik etməyəcəklər.

Ali Məqamlı Rəhbər Qərb zorakılarının əsas problemini İslam Respublikasının onların saxta sivilizasiyasını rədd etməsi hesab edərək deyib: Batil tənəzzülə və məhvə məhkumdur. Təbii ki, buna nail olmaq üçün insan hərəkətə keçməli, müqavimət göstərməlidir, hərəkətsizlikdən, qaçmaqdan, gülümsəməkdən, onu daha da irəli aparan batil təşviqdən çəkinməlidir.

  • Yazılıb
  • da (də) 2025 May 14
  • Göndərən رضا رستمی