Tarix : 2025 May 16
Kod 65392

Tehran-Pekin texnoloji əməkdaşlığın inkişafına doğru irəliləmənin zəruriliyi

Çinli həmkarının rəsmi dəvəti ilə Pekinə səfər edən rabitə və informasiya texnologiyaları naziri Çinin sənaye və informasiya texnologiyaları naziri (MİİT) Li Liçenq ilə görüşüb və iki ölkə arasında texnoloji əməkdaşlığın gücləndirilməsi sahələrini müzakirə edib.
arannews:irna-çərşənbə axşamı keçirilən görüşdə tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə süni intellekt, sənaye intellekti, rabitə infrastrukturunun inkişafı və insan resurslarının hazırlanması sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsini vurğulayıblar.

Bu görüşdə Haşimi Çin Xalq Respublikasını İran İslam Respublikası üçün “strateji tərəfdaş və müttəfiq” adlandırıb və iki ölkə prezidentləri arasında Rusiyanın Kazanda keçirilən son görüşünə toxunaraq, ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

O, İran və Çin arasında 25 illik strateji əməkdaşlıq sənədinə toxunaraq ümidvar olduğunu deyib: "Bu müqavilələrə yeni və məqsədyönlü nəzər salmaqla, xüsusilə də informasiya-kommunikasiya texnologiyaları sahəsində onların operativ həyata keçirilməsi yolu sürətləndirilməlidir."

Elektron hökumət və ağıllı xidmətlər sahəsində təcrübə mübadiləsi, həmçinin təhsil sahəsində əməkdaşlıq və ixtisaslaşmış insan resurslarının hazırlanması İranın rabitə nazirinin qaldırdığı və vurğuladığı digər mövzular olub.

  • Yazılıb
  • da (də) 2025 May 16
  • Göndərən رضا رستمی