Bu təlim bu gün səhər saatlarında işğaldan azad edilmiş Qarabağın ərazisində xüsusi təlim və döyüş məşqləri ilə davam etdirilib.
arannews:irna-SEPAH Quru Qoşunları və Azərbaycan Respublikası Ordu komandoları aşağıdakı təlimləri həyata keçiriblər: - Hədəf yüksəkliklərini tutmaq üçün hücum əməliyyatları;
- Qeyri-qanuni mütəşəkkil silahlı dəstələrin təqib edilməsi və məhv edilməsi üzrə əməliyyatlar;
- Mexanikləşdirilmiş, hava-desant və piyada qüvvələrinin cəlb olunduğu birləşmiş təlimlərin keçirilməsi.
Bu təlimlər uğurla və əməliyyat bölmələri arasında koordinasiyanın dəqiqliyini artırmaq məqsədi ilə həyata keçirildi.