Tarix : 2025 May 28
Kod 65417

İran XİN-dən İngiltərənin nüvə açıqlamasına reaksiya

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, əgər İngiltərə İranın uranı sıfır səviyyəsində zənginləşdirməsini tələb edirsə, bu, həm Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT), həm də Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) ziddir.
arannews:shafagna-Nazir bu barədə çərşənbə axşamı gecə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Əgər İngiltərənin mövqeyi İranda uranın sıfır zənginləşdirilməsi tələbidirsə – bu, NPT və BHFP-nin qalan üzvlərindən biri kimi İngiltərənin öhdəliklərinin açıq şəkildə pozulmasıdır. Belə olduğu halda, nüvə faylı ilə bağlı müzakirə ediləcək heç bir məsələ qalmır”, – deyə Əraqçı qeyd edib.

O əlavə edib ki, İran BHFP-nin Avropa üzvləri, o cümlədən İngiltərə ilə çoxtərəfli əlaqələri yaxşı niyyətlə davam etdirir. Lakin onun sözlərinə görə, Birləşmiş Ştatlar bu ölkələri hazırda davam edən danışıqlar prosesinə cəlb etmək niyyətində deyil.

  • Yazılıb
  • da (də) 2025 May 28
  • Göndərən رضا رستمی