Tarix : 2025 May 29
Kod 65418

Rusiya İranla parlament əməkdaşlığını gücləndirməyə hazırdır

Rusiya Federasiya Şurasının (Senatın) sədri Valentina Matvienko məktubunda Məhəmməd Baqir Qalibafı yenidən İran İslam Respublikası İslami Şura Məclisinin sədri seçilməsi münasibətilə təbrik edib və ölkəsinin İranla parlament əməkdaşlığını gücləndirməyə hazır olduğunu bildirib.
arannews:irna-Rusiya rəsmisi mesajında yazıb: İran İslam Respublikası İslami Şura Məclisinin sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.


Matvienko Qalibaf ünvanladığı bu mesajında  əlavə edib: “Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında siz beynəlxalq məsələlərdə böyük bacarıq və ustalığa malik təcrübəli dövlət xadimi kimi tanınırsınız”.

Rusiya Federasiyası Federasiya Şurasının sədri İslami Şura Məclisinin sədrinə əlavə edib: “Biz Rusiyaya qarşı isti münasibətinizi yüksək qiymətləndirir və ölkələrimizin xalqlarının mənafeyi naminə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın dərinləşməsinə, qarşılıqlı hörmət, etimad və bir-birimizin maraqlarının nəzərə alınması prinsipləri əsasında konstruktiv parlamentlərarası dialoqun inkişafına töhfə verməyə hazırıq”.

Matvienko əlavə edib: “Biz regional və qlobal gündəmdəki əsas məsələlərin effektiv həllini tapmaq üçün beynəlxalq arenalarda birgə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”.

O, daha sonra Qalibafa İslam Şurası Məclisinin sədri kimi yeni müddətində uğurlar arzulayıb.

  • Yazılıb
  • da (də) 2025 May 29
  • Göndərən رضا رستمی