Tarix : 2008 Aug 14
Kod 6542

Kondoliza Rays Rusiyanı beynəlxalq təcridlə hədələdi

Rays Rusiyanın atəşkəsə əməl etməsi barədə xəbərləri şübhə altına alıb
Russia Servisi/Aran Agentliyi
   ABŞ dövlət katibi Kondoliza Rays Gürcüstanla imzalanmış atəşkəs razılaşmasını pozacağı təqdirdə, Rusiyanı beynəlxalq təcridlə hədələyib. Rays Rusiyanın atəşkəsə əməl etməsi barədə xəbərləri şübhə altına alıb.
    Raysın sözlərinə görə, Fransa prezidentinin vasitəçiliyi ilə aparılan danışıqlarda atəşkəs barədə razılıq əldə olunub və razılaşmaya əsasən bu hərbi əməliyyatlar dərhal dayandırılmalıdır: “Amma məndə olan məlumatlara görə, Rusiya Gürcüstan ərazisində hərbi əməliyyatları hələ də dayandırmayıb”.
    Dövlət katibi Rusiya-Gürcüstan qarşıdurmasında rəsmi Tiflisi dəstəklədiklərini açıq şəkildə dilə gətirib: “Rusiya öz sülhməramlılarının və vətəndaşlarının müdafiəsinə qalxdığını bəyan etdi. Amma hər şey Cənubi Osetiya ilə bitmədi. Rusiya etdikləri əndazəni aşmaqdır”.
  • Yazılıb
  • da (də) 2008 Aug 14