Tarix : 2025 May 31
Kod 65423

Ermənistan və Britaniya arasında hərbi sənəd imzalandı

Yerevan və London 2025-2026-cı illər üçün müdafiə əməkdaşlığı planını imzalayıb.
arannews:shafagna-bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Müvafiq snədi Ermənistan MN-nin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Eyvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Müdafiə Siyasəti Məsələləri üzrə direktoru Kristofer Ki imzalayıb.

Xatırladaq ki, ötən gün iki ölkə arasında müdafiə konsultasiyaları baş tutub. Ermənistan SQ Baş Qərargah rəisinin müavini general-mayor Artyr Yeroyan britaniyalı həmkarlarına ordu islahatlarının gedişatını təqdim edib.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini, həmçinin müdafiə sahəsindəki ikitərəfli qarşılıqlı əlaqənin perspektivlərini müzakirə ediblər.

Xatırladaq ki, daha öncə Rusiya XİN rəsmisi bəyan edib ki, Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallıq NATO maraqları çərçivəsində militarizasiya (hərbiləşdirmə) və qarşıdurma kursunu götürüb. Qeyd edilib ki, Aİ-nin Ermənistana 10 milyon hərbi yardım ayırmaq planları Cənubi Qafqazda öz dağıdıcı təsirini yaymağa yönəlmiş geosiyasi hesablamalardan qaynaqlanır.

  • Yazılıb
  • da (də) 2025 May 31
  • Göndərən رضا رستمی