İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf Latın Amerikası səfəri çərçivəsində Karakas şəhərində Venesuela Prezidenti Nikolas Maduro ilə görüşərək ikitərəfli münasibətlər və əməkdaşlıq məsələlərini müzakirə edib.
arannews:irna -Bu görüş Qalibafın BRİKS ölkələrinin parlament sədrlərinin toplantısında iştirak məqsədilə həyata keçirdiyi Latın Amerikası turu çərçivəsində, yerli vaxtla 2 iyunda axşam baş tutub.
BRİKS-in 11-ci Parlament Forumuna Braziliya Federal Senatının Nümayəndələr Palatası ev sahibliyi edəcək. Forum 3–5 iyun 2025-ci ildə Braziliyanın paytaxtı Braziliya şəhərində “Daha inklüziv və davamlı qlobal idarəetmədə BRİKS parlamentlərinin rolu” şüarı ilə keçiriləcək.
İran İslam Respublikasının parlament heyəti Məhəmmədbaqir Qalibafın rəhbərliyi ilə bu toplantıda iştirak edəcək.