Tarix : 2025 Jun 04
Kod 65432

İranın Azərbaycandakı yeni səfiri seçildi

Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə departamentinin baş direktoru olan Müctəba Dəmirçilu İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim edilib.
arannews:parstoday-Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bazar ertəsi jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib: "Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələrimiz çox həssas və vacibdir. Azərbaycan Respublikasına gəlincə, səfirin seçilməsi ilə bağlı inzibati proses başa çatıb və sözügedən şəxs müvafiq mərhələlərdən keçmək üçün seçilib və təqdim olunub. O, təcrübəli diplomat və Avrasiya sahəsində tanınmış mütəxəssisdir".
  • Yazılıb
  • da (də) 2025 Jun 04
  • Göndərən رضا رستمی