İranın Xarici İşlər Naziri Almaniya, Rusiya və Çinli həmkarı ilə nüvə məsələsi, Qafqaz regionundakı son olaylar və Gürcüstan toqquşmaları barəsində fikir mübadiləsi aparıblar
İran servisi/Aran Agentliyi
İranın Xarici İşlər Naziri Almaniya, Rusiya və Çinli həmkarı ilə nüvə məsələsi, Qafqaz regionundakı son olaylar və Gürcüstan toqquşmaları barəsində fikir mübadiləsi aparıblar. İranın Xarici İşlər Naziri Mənuçehr Müttəki dünən çərşənbə günü Almaniya, Rusiya və Çinin Xarici İşlər Nazirləri ilə telefon danışıqlarında, Avropa Birliyinin Xarici Siyasət İdarəsinin sədri Xaviyer Solana və İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri Səid Cəlilinin nüvə fəaliyyətlərinin müzakirəsinin davam etdirilməsi dair təkidlərini nəzərə almaqla, Cenevrə müzakirələrində yaranmış gedişata işarə etməklə iki tərəfin razılıq nəticələrini əldə etmək üçün bu məsələyə təkid edib.
İranın Xarici İşlər Naziri Qafqaz regionunda dincliyin zəruriliyinə işarə etməklə, toqquşmaların tez bir zamanda dayandırılması və Cənubi Osetiyadakı problemlərin həlli üçün danışıqların olmasına təkid edib.