arannews:parstoday-Əl-Məyadin kanalının məlumatına görə, bu kanalın Fələstindəki ofisinin direktoru Nasir Əl-Ləham deyib: "Sionist analitiklər hesab edirlər ki, baş verənlər 2018-ci ildə Mossadın İranın nüvə arxivini oğurlamasına cavab idi". Əl-Ləham vurğulayıb ki, qondarma “İsrail” hələ də hansı sirləri itirdiyini bilmir və bəlkə də İranın bu sənədlərdən nələri ifşa edəcəyini gözləyir.
Əl-Məyadin müxbiri bu barədə bildirib ki, İran adətən hərbi balanslara əsaslanan çəkindirmə anlayışını yenidən müəyyənləşdirdi.
O, əlavə edib: "Qarşıdakı həftələr sürprizlərlə dolu olacaq və İran sionist rejimin kəşfiyyat xidmətlərini psixoloji tükənmə vəziyyətinə salıb".
Əl-Məyadin müxbirinin bildirdiyinə görə, İran sionist rejimin təkcə nüvə proqramı deyil, bu rejimin bölgədəki digər layihələri ilə bağlı sənədlər də əldə etmiş ola bilər.
Əl-Məyadin müxbiri vurğulayıb ki, İran açıq bir mesaj verir ki, onun ixtiyarında olan güc alətləri düşmənlərinin düşündüyündən daha çoxdur.
Əl-Mayadin-in müxbiri təsdiqləyib ki, İran tərəfindən bu sənədlərin hazırki zamanda ələ keçirilməsi bir çox ölçülərdə son dərəcə mühüm mesajlar daşıyır.
Məlumata əsasən, Təl-Əviv tərəfindən həbs edilən şəxslərin bu sənədlərin ifşa edilməsi ilə əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, İran kəşfiyyatı sionist rejimə aid çoxlu sayda həssas və strateji məlumat və sənədlər, o cümlədən onun nüvə layihəsi və obyektləri ilə bağlı minlərlə sənəd əldə edib.
Bu sənədlərin əldə edilməsi prosesi bir müddət əvvəl baş versə də, sənədlərin çoxluğu və bütün yükün təhlükəsiz şəkildə İrana daşınması zərurəti məxfilik tələb edirdi, buna görə də, bütün sənədlərin qorunan yerlərə çatdığından əmin olana qədər məsələ ilə bağlı sükut siyasətinə əməl edilib.
Sənədlərin həcmi o qədər böyükdür ki, onların sadəcə nəzərdən keçirilməsi və sənədlərdəki şəkillər və videoların araşdırılması belə xeyli vaxt aparacaq.
Hazırda İran sionist rejimin yüksək rütbəli komandirləri və Mossad zabitlərinin bütün təhlükəsizlik məlumatlarını ələ keçiribdi.