İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. Bayramov İranlı komandirlərin şəhid olması ilə bağlı başsağlığı verib və Azərbaycan xalqının İranla həmrəy olduğunu bildirib.
arannews:irna-O vurğulayıb ki, Azərbaycan Respublikası heç vaxt öz hava məkanından və ya ərazisindən İrana və ya başqa ölkəyə qarşı hücum üçün istifadə olunmasına icazə verməyəcək. Əraqçi isə bildirib ki, sionist rejimin İranın nüvə obyektlərinə hücumu, beynəlxalq qanunların və ölkələrin suverenliyinin açıq şəkildə pozulmasıdır. O deyib: “Bu hücum dünya sülh və təhlükəsizliyi üçün təhlükə yaradır və İran buna güclü və qanuni cavab verəcək.”
Əraqçi həmçinin Azərbaycanın başsağlığı və həmrəyliyinə görə təşəkkür edib və əlavə edib ki, sionist rejimin İranın dinc nüvə obyektlərinə hücumu bütün beynəlxalq “qırmızı xətlərin” keçilməsidir və bütün ölkələr bu hərəkəti pisləməlidirlər.