İran Atom Enerjisi Təşkilatının bəyanatı – Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hücumdan sonra
arannews:irna-Bismillahir-Rəhmanir-Rəhim
Son günlər sionist düşmənin vəhşicəsinə hücumlarının davamında, bu gün səhər tezdən Fordo, Nətənz və İsfahan nüvə obyektləri beynəlxalq hüquqa, xüsusilə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) zidd şəkildə, qəddarcasına hücuma məruz qalmışdır.
Bu beynəlxalq hüquq pozuntusu, təəssüflə qeyd edilməlidir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin laqeydliyi, hətta bəzən dolayı iştirakı ilə baş vermişdir.
ABŞ prezidenti sosial media vasitəsilə, Beynəlxalq Atom Enerjisi Agentliyinin daimi nəzarətində olan və NPT və təminat sazişləri çərçivəsində fəaliyyət göstərən bu obyektlərə qarşı hücumun məsuliyyətini birbaşa özü üzərinə götürmüşdür.
Dünya ictimaiyyəti bu qanunsuz və “meşə qanunları”na əsaslanan hücumları pisləməli və İranın qanuni hüquqlarını qorumasında yanında yer almalıdır.
İran Atom Enerjisi Təşkilatı, xalqımıza əminliklə bildirir ki, düşmənin bütün məkirli planlarına baxmayaraq, minlərlə inqilabçı və fədakar mütəxəssisin səyi ilə, bu milli sənayenin inkişaf yolu ki, şəhid nüvə alimlərinin qanı ilə suvarılmışdır, heç vaxt dayandırılmayacaq.
Bu təşkilat, xalqımızın hüquqlarının müdafiəsi naminə hüquqi prosedurlar da daxil olmaqla, bütün zəruri tədbirləri gündəliyinə daxil etmişdir.