Ölkənin Nüvə Təhlükəsizlik Mərkəzinin rəhbəri bildirin ki, bu gün səhər saatlarında nüvə obyektlərinə edilən cinayətkar hücumlara baxmayaraq, əvvəlcədən görülən tədbirlər və aparılan işlər nəticəsində, bu sahələrdən və obyektlərdən kənarda heç bir radiasiya çirkliliyi və ya nüvə şüalanması müşahidə edilməyib.
arannews:irna-Atom Enerjisi İdarəsinin müavini və Nüvə Təhlükəsizlik Mərkəzinin rəhbəri Məhəmməd Rza Kardan, İsrail rejimi və ABŞ-nin nüvə obyektlərinə etdiyi hücumları pisləyərək bildirib: "Bütün beynəlxalq qanunlara və qaydalara, həmçinin beynəlxalq ədəbə əsasən, heç bir ölkənin fəaliyyət göstərən nüvə obyektlərinə hücum etməməsi gərəkdir."
O əlavə etdi: "Tarixdə heç bir zaman dünya üzrə nüvə obyektlərinə hücum edilməyib və təəssüf ki, son günlər İsrail rejimi və ABŞ hökumətinin bu səhər saatlarında nüvə obyektlərimizə qarşı etdiyi təcavüz dünya üzrə ilk dəfə baş verir."
Kardan vurğulayıb: "Əvvəlcədən planlaşdırmalar aparılmışdı və xalqımızın təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Bu gün səhər saatlarında nüvə obyektlərinə edilən cinayətkar hücuma baxmayaraq, əvvəlcədən görülən tədbirlər nəticəsində, bu sahələrdən və obyektlərdən kənarda heç bir radiasiya çirkliliyi və ya nüvə şüalanması müşahidə edilməyib."
Kardan əlavə edib: "İnsanlar heç bir narahatlıq yaşamadan bu obyektlərin ətrafında normal həyatlarına davam edə bilərlər."