Tarix : 2025 Jun 23
Kod 65455

Sionist rejimin daha bir cinayəti; Qızıl Aypara yardım işçilərinə birbaşa hücum

Sionist rejim dinc əhaliyə və müdafiəsiz insanlara qarşı vəhşi hücumlarını davam etdirərək, bu gün günorta (bazar ertəsi, 23 iyul) Tehranda Qızıl Aypara Cəmiyyətinin binasına hərbi hücum edərək daha bir cinayət törədib.
arannews:irna-Bu vəhşi hücumda bir qrup yanğınsöndürən və könüllü yardım işçisi ali şəhadət məqamına yetişib.


Xidmət və yardım qurumlarına birbaşa hərbi hücum beynəlxalq humanitar hüququn pozulmasının bariz nümunəsidir və rejimin barbar mahiyyətinə işarədir.

Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri bu günlərdə bildirib ki, sionist rejimin hərbi təcavüzünün ilk 8 günündə 400-dən çox müdafiəsiz iranlı şəhid olub, 3056 nəfər yaralanıb.

  • Yazılıb
  • da (də) 2025 Jun 23
  • Göndərən رضا رستمی