Tarix : 2025 Jun 23
Kod 65456

Ordunun baş komandanı: ABŞ hər dəfə cinayət törətdikdə qəti cavab alın, bu dəfə də belə olacaq

İran Silahlı Qüvvələrinin baş komandanı general-leytenant Əmir Hatəmi bildirib: “Amerikalılar hər dəfə cinayət törədiblərsə, qətiyyətli cavab alıblar. Bu dəfə də istisna olmayacaq.”
arannews:irna-General-leytenant Hatəmi bu sözləri “Zülfüqar” Mərkəzi Komandanlıq qərargahından ölkənin müxtəlif bölgələrində yerləşən ali rütbəli ordu komandirləri ilə görüntülü əlaqə zamanı deyib:

“Son dövrlərdə həyata keçirdiyiniz uğurlu əməliyyatlar düşmənin planlarının iflasa uğramasına səbəb oldu. Elə buna görə də düşmən bu gün birbaşa cinayətlərin əsas məsulunu meydana çıxarmağa və onu birbaşa olaraq İran İslam Respublikası ilə qarşıdurmaya cəlb etməyə məcbur oldu.”

“İslam İnqilabından əvvəl və sonra, o cümlədən müqəddəs müdafiə (İran-İraq müharibəsi) dövründə, xüsusilə də son mərhələlərində ABŞ-nin dəfələrlə cinayətlər törətdiyinin şahidi olmuşuq. Hər dəfə bu cinayətlər cavabsız qalmayıb، onlara qətiyyətlə cavab verilib. İndi də eyni yanaşma davam etdiriləcək.”

“Xalqımızın cümə günü göstərdiyi iradə və meydanda iştirakı bizim məsuliyyətimizi ikiqat artırdı. Bu böyük və agah millətə təşəkkür edirik. Açıq şəkildə və səmimiyyətlə İran xalqına bildirirəm ki, bu gün biz öz şüarımıza، ölkənin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsinə، keçmişdən daha artıq sadiqik. İran İslam Respublikasının müqəddəs sistemi ölkənin ən böyük dayağıdır və biz onu bütün gücümüzlə qoruyacağıq.”

General Hatəmi vurğulayıb: “Biz qələbə üçün mübarizə aparırıq. Şəhadəti uca bir mərtəbə bilirik, lakin bu gün biz zəfər üçün savaşırıq. Komandirlərimizdən və bütün igid döyüşçülərimizdən xahiş edirəm ki, yaradıcı, güclü və ağıllı şəkildə ‘Həzrət Xatəmul-Ənbiya (s)’ Mərkəzi Komandanlığı və Zülfüqar Əməliyyat Qərargahının tapşırıqlarını yerinə yetirsinlər. Əmin olsunlar ki, bu millətin və Ali Baş Komandanın fəxrinə çevriləcəklər. İnşallah, Allahın köməyi bizimlə olacaq və zəfər qazanılacaq – bu, Uca Yaradanın qəti vədəsidir.”

  • Yazılıb
  • da (də) 2025 Jun 23
  • Göndərən رضا رستمی