SEPAH-ın baş komandanının müşaviri General Əhməd Vahidi milli hakimiyyət şəhidlərinin dəfn mərasimi çərçivəsində İRNA-ya verdiyi müsahibədə deyib: “Son 46 il ərzində böyük İran xalqı möhtəşəm səhnələr nümayiş etdirib, hər bir zorakılığa, təcavüzkarlığa və amansızlığa qarşı müqavimət göstərib (inqilab dövrü, müqəddəs müdafiə dövrü və ondan sonra) meydanda qalib olduqlarını sübut etdilər”.
arannews:parstoday-O əlavə etdi: Bu gün də xalqımız və Silahlı Qüvvələrimiz İslam İnqilabının Ali Rəhbərinin müdrik rəhbərliyi altında sionist rejim və cinayətkar Amerikanın bu vəhşi müharibəsinə qarşı yaxşı ayağa qalxdı və dünyaya göstərdi ki, bu xalq heç vaxt təslim olmayacaq”.SEPAH-ın Ali Baş Komandanının müşaviri ləyaqət və izzətin bu xalqa xas olduğunu, alçaldılan və zəlil edilənin düşmən olduğunu bildirərək dedi: Düşmən bu gün heç bir nailiyyət əldə etmədiyi halda, özü üçün nailiyyətlər yaratmağa çalışır, Amerikanın qulağına güclü sillə vuruldu, sionizm İran millətinin ayaqları altında tapdalandı.İranın sionist rejimə cavabı necə olmalıdır sualına cavab olaraq, Vahidi dedi: Onlara əzici yumruqla daha təəssüfləndirici cavablar verilməyə davam ediləcək. Silahlı Qüvvələrimiz meydanda güclü, nüfuzlu və hazırlıqlıdır, əlləri tətikdədir və istənilən təcavüzə qarşı hazırdır.