Azərbaycanın Trend İnformasiya Agentliyinin bu gün İranın Bakıdakı səfirliyinə istinadən verdiyi məlumata görə, İran prezidenti İƏT Sammitində iştirak etmək üçün bu ölkəyə səfər edəcək.
arannews:irna-Məsud Pezeşkiyan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iyulun 3-ü və 4-də Xankəndində keçirilməsi nəzərdə tutulan 17-ci Zirvə toplantısında iştirak edəcək.
Trend-in məlumatına görə, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iranlı həmkarını İƏT-in Sammitində iştirak etməyə dəvət edib.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi bundan əvvəl iyulun 1-dən 4-dək İƏT həftəsinin, iyulun 3-dən 4-dək isə təşkilata üzv dövlətlərin Zirvə toplantısının Azərbaycan Respublikasında keçiriləcəyini bildirmişdi.