Tarix : 2025 Jul 03
Kod 65468

General-leytenant Musəvi: Düşmənin hər növ təxribatına cavabımız əvvəlkindən daha sərt olacaq

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Seyid Əbdürrəhim Musəvi bildirib: Düşmənləri xəbərdar edirik ki, onların hər hansı bir təxribatına cavabımız əvvəlkindən daha sərt və sarsıdıcı olacaq.
arannews:irna-General-leytenant Musəvi, çərşənbə günü iyulun 2-də, hazırda Tehranın İmam Xomeyni (r.ə) Müsəllasında keçirilən 12 günlük müharibə şəhidlərinin anım mərasimində jurnalistlərə açıqlama verərək deyib: Əgər düşmən tərəfindən hər hansı bir təxribat baş verərsə, cavabımız daha sərt olacaq.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi İran İslam Respublikasının bu kimi hərəkətlərə cavabının səviyyəsi və miqyası ilə bağlı vurğulayıb: Cavabımız peşmanedici olacaq. Düşmənlər bilməlidirlər ki, hər cür qeyri-qanuni və təhdidedici addımınız qəti və ciddi reaksiya ilə qarşılanacaq.

Musəvi düşmənlərin növbəti təxribat ehtimalı ilə bağlı açıqlamasında vurğulayıb: Heç bir narahatlıq yoxdur; əgər bu hadisənin 20 qat artığı belə olsa, biz hər dəfə əvvəlkindən daha sarsıdıcı şəkildə cavab verəcəyik.

O əlavə edib: Düşmənin növbəti təxribatı baş verərsə cavabımız daha sərt və daha peşmanedici olacaq.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi əlavə edib: Cinayətkar sionist rejim qarşısında qələbə, Ali Baş Komandanın rəhbərliyi, xalqın müqaviməti və Silahlı Qüvvələrin gücü ilə mümkün oldu.

  • Yazılıb
  • da (də) 2025 Jul 03
  • Göndərən رضا رستمی