İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi BRİKS üzv ölkələrinin dövlət başçılarının 17-ci Zirvə Toplantısında çıxış edərək deyib:
arannews:irna-“Bu gün burada dayanmışam, amma İran xalqı İsrail rejiminin əsassız hərbi təcavüzü nəticəsində – bu hücumlar 12 gün davam etdi və ABŞ-nin dəstəyi, müşayiəti və nəhayət birbaşa iştirakı ilə həyata keçirildi – həyatını itirmiş əzizlərinin matəmini saxlayır.” “Hamını dəvət edirəm ki, bu qanunpozuntuların dərinliyini, İsrail rejiminin işğalçılıq, aparteid, soyqırım və bölgəmizdə müharibə qızışdırması qarşısında cəzasız qalmasının son dərəcə təhlükəli nəticələrini düzgün şəkildə dərk etsinlər.”
“13 iyun, cümə günü səhərin erkən saatlarında – yəni İranla ABŞ arasında nüvə məsələsi üzrə altıncı danışıqlar raundundan sadəcə iki gün öncə – İsrail rejimi ölkəmə qarşı vəhşi terror və hərbi hücumlara başladı. Yaşayış məntəqələri və hərbi obyektlər hədəfə alındı, komandirlər və əsgərlər, həmçinin bir sıra universitet müəllimləri və alimlər amansızcasına terror edildilər, dinc əhali, o cümlədən uşaqlar və qadınlar qətliam olundu, tamamilə dinc məqsədli və Beynəlxalq Atom Enerjisi Agentliyinin ciddi nəzarəti altında olan nüvə obyektlərimiz bombalandı, yanacaq istehsalı mərkəzləri də daxil olmaqla bir çox ictimai infrastruktur dağıdıldı.”
“ABŞ-nin daha sonra bu təcavüzə birbaşa daxil olması və İranın dinc nüvə obyektlərini hədəfə alması heç bir şübhə yeri saxlamadı ki, ABŞ hökuməti İsrail rejiminin İrana qarşı təcavüzkar müharibəsində tam şəkildə şərikdir.”
“İsrail rejiminin İrana təcavüzü BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması və təcavüz aktı idi. Bu qeyri-qanuni hücumlar zamanı 6000-dən çox günahsız insan öldürüldü və ya yaralandı, infrastruktura, yaşayış məntəqələrinə və nüvə obyektlərimizə böyük ziyan dəydi. Lakin bütün bunlardan daha pisi odur ki, bu təcavüz beynəlxalq diplomatiyaya, hüququn aliliyinə və nüvə silahlarının yayılmaması rejiminə (NPT) öldürücü zərbə vurdu. ABŞ və İsrail rejiminin nüvə obyektlərimizə hücumu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) və həmçinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin kobud şəkildə pozulması idi. Qeyd olunmalıdır ki, İranın nüvə proqramı həmişə tamamilə dinc xarakterli olub və Beynəlxalq Atom Enerjisi Agentliyinin ən ciddi nəzarəti altında fəaliyyət göstərib.”
“İsrail rejiminin və ardınca ABŞ-nin törətdiyi bu hücumlar beynəlxalq sülhün misilsiz şəkildə pozulmasıdır. İnkişaf etməkdə olan və nüvə silahına malik olmayan bir ölkənin, nüvə arsenalına sahib iki rejim tərəfindən hədəfə alınması və Təhlükəsizlik Şurasının iki daimi üzvü olan digər iki nüvə gücü tərəfindən açıq şəkildə dəstəklənməsi – həm faciəvi, həm də son dərəcə narahatedicidir.”