SEPAH Quru Qoşunlarının Kərbəla Regional Qərargahının komandiri, briqada generalı Əhməd Xadim Seyyidüşşühəda bildirib ki, İran İslam Respublikası qabaqcıl texnologiyalar, güclü hava hücumundan müdafiə sistemi və yüksək dəqiq vuran raketlərdən istifadə etməklə təhdidləri vaxtında məhv etməyə qadirdir.
arannews:irna-IRNA-nın Kərbəla qərargahının ictimaiyyətlə əlaqələr bölməsinə stinadən verdiyi məlumata görə, general Xadim Seyyidüşşühəda bazar ertəsi günü Əhvazda deyib: "Son ssenaridə düşmənlər bütün cəbhələrdən misilsiz hücuma keçdilər; yüzlərlə dron uçuşu və çoxsaylı raket atışları baş verdi."
O əlavə etdi:
Habelə İran xalqını məhv etmək, parçalamaq və ya hakimiyyəti ələ keçirmək məqsədilə daxildəki xain qruplar və casuslar sərhədləri keçərək ölkəyə daxil oldular.
General bildirib ki, bu vəziyyətdə İran Silahlı Qüvvələrinin raket, dron, havadan müdafiə və elektron müharibə bölmələri dərhal əməliyyata başladılar.
O vurğulayıb:
“Bu gün İran təkcə müdafiəyə deyil, həm də qələbəyə hazırdır. Allahın vədi möminlərin qələbəsidir. Biz Rəşid və Mehrabi kimi şəhidlərin yolunun davamçılarıyıq və son damla qanımıza qədər bu inqilabı qoruyacağıq.”