Xarici işlər naziri İranın əleyhinə yönəlmiş son hərbi hücumları İsrail rejimi və ABŞ tərəfindən həyata keçirilmiş açıq təcavüz kimi qətiyyətlə pislədiklərinə görə BRİKS ölkələrinə təşəkkürünü bildirərək vurğulayıb: Dünya miqyasında dərin iqtisadi və siyasi dəyişikliklər baş verir və İran bu tarixi prosesdə iştirakından məmnundur.
arannews:irna-Nazir özünün X sosial səhifəsində deyib:
“İran, İsrail rejimi və ABŞ-nin son hərbi təcavüzlərinin BRİKS tərəfindən açıq və qətiyyətlə qınanmasına görə minnətdardır. Bu təsirli ölkələr qrupu açıq şəkildə vurğulayıb ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan mülki infrastrukturuna və nüvə obyektlərinə qarşı qəsdən edilən hücumlar beynəlxalq hüquq və normaların pozulmasıdır.”
“Burada, Braziliyada keçirilən BRİKS sammitində, dünya ÜDM-nin 40%-ni və Yer kürəsi əhalisinin yarısını təşkil edən ölkələrin nümayəndələri bir araya gəliblər. İndi hər zamankından daha aydın görünür ki, dünyamızda əhəmiyyətli və təməlqoyan iqtisadi-siyasi dəyişikliklər formalaşır. İran bu dəyişiklikləri yeni bir dövrün başlanğıcı hesab edir və bu tarixi prosesdə iştirakından məmnundur.”