İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Qüds Regional Qərargahı Çabaharda 6 terrorçunun İmam Zamanın (əc) naməlum mühafizəçiləri tərəfindən zərərsizləşdirildiyini və həbs edildiyini açıqlayıb.
arannews:parstoday-SEPAH Quru Qoşunlarının Qüds Regional Qərargahının İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, ölkənin Cənub-Şərq bölgəsində "Təhlükəsizlik Şəhidləri" adlı əməliyyat manevrinin uğurlu icrasının davamında, vilayətin ayıq və bəsirətli xalqının 114 qaynar telefon xətti vasitəsilə köməyi və əməkdaşlığı ilə, terror qrupları ilə əlaqə vasitəsi ilə Çabaharda terrorçu qrupların bir sıra üzvlərinin gizləndiyi yer müəyyən edilib.İmam Zamanın (əc) Naməlum Keşikçilərinin zərbə əməliyyatı nəticəsində 6 terrorçu zərərsizləşdirilib, həbs edilib və onlardan çoxlu miqdarda yüngül və ağır silah və sursatlar, xeyli miqdarda partlayıcı maddə aşkar edilib.️Bu şəxslər insanların sıx olduğu ərazilərdə silsilə terror aktları törətmək niyyətində idilər, lakin bölgə əhalisinin sayıqlığı və əməkdaşlığı və Sistan və Bəlucistan əyalətindəki Salman SEPAH-ının kəşfiyyatçılarının vaxtında tədbir görməsi ilə bu terrorçu dəstə tamamilə darmadağın edildi.