Tarix : 2025 Jul 10
Kod 65481

Xarici İşlər Nazirinin BRİKS Zirvəsi və Səudiyyə Ərəbistanına səfəri barədə Nazirlər Kabinetində təqdim etdiyi hesabat

Xarici işlər naziri Nazirlər Kabinetinin iclasında BRİKS Zirvəsi barədə hesabat təqdim edərək, bu zirvə iştirakçılarının İran xalqının 12 günlük təcavüzkar müharibədə qazandığı möhtəşəm qələbə və milli birliyin, eləcə də İran raketlərinin Amerika və sionist rejimin siyasətlərini iflasa uğratmasındakı roluna dair fikirlərini iştirakçı ölkələrin rəsmiləri və diplomatları tərəfindən alqışlandığını vurğulayıb.
arannews:irna-2025-ci il iyulun 9-da doktor Məsud Pezeşkiyanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi.

Bu iclasda hökumət üzvləri tərəfindən icraedici qurumlara dair məsələlər müzakirə olunmaqla yanaşı, xarici işlər naziri BRİKS Zirvəsində iştirakı, Səudiyyə Ərəbistanına səfəri və zirvə çərçivəsində müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlərə dair ətraflı hesabat təqdim etdi.

 

Cənab Əraqçi BRİKS üzvlərinin İran xalqı və hökumətinin Amerika və sionist rejimin hücumlarına qarşı göstərdiyi möhtəşəm müqavimətə xüsusi hörmətlə yanaşdıqlarını bildirdirib. Eləcə də İran xalqının birliyi və həmrəyliyinin, eyni zamanda ölkəmizin silahlı qüvvələrinin qabaqcıl raketlərinin Amerika və sionist rejimin məqsəd və planlarını puç etməsindəki çəkindirici rolunu digər ölkələrin rəsmiləri və diplomatlarının baxış bucağından Nazirlər Kabinetinin üzvlərinə açıqlayıb.

 

Həmçinin Nazirlər Kabinetinin iclasında İslam İnqilabı Şəhidlər Fondunun rəhbəri son müharibə nəticəsində şəhid olanların, yaralananların, itkin düşənlərin və xəstəxanada yerləşdirilən yaralıların statistik vəziyyəti, eləcə də onların ailələri ilə görüşlər barədə hesabat verib.

  • Yazılıb
  • da (də) 2025 Jul 10
  • Göndərən رضا رستمی