OPEC-in statistik məlumatları göstərir ki, İran 2024-cü ildə gündəlik xam neft hasilatını 374 min barel artırmaqla dünyada hasilat artımı baxımından birinci yerə çıxıb. Bu arada, Səudiyyə Ərəbistanı ardıcıl ikinci il ciddi hasilat azalmaları ilə üzləşib.
arannews:irna-Neft İxrac Edən Ölkələr Təşkilatının nəşr etdiyi 60-cı Statistika Bülleteninə əsasən, İran 2024-cü ildə xam neft hasilatını 13 faiz artıraraq bu sahədə dünya üzrə lider olub. İranın gündəlik xam neft hasilatı 2023-cü ildəki 2 milyon 884 min bareldən, 2024-cü ildə 3 milyon 257 min barelə yüksəlib.
bu da 374 min barel artım deməkdir.
Birləşmiş Ştatlar gündəlik hasilatını 274 min barel (təxminən 2 faiz artım) artırmaqla ikinci yeri tutub. Onlardan sonra Nigeriya (158 min barel), Venesuela (138 min barel) və Argentina (65 min barel) gəlir.