Tarix : 2025 Jul 11
Kod 65483

Əraqçi: Əgər dünya Srebrenitsa faciəsindən dərs alsaydı, bu gün Qəzzada soyqırımın şahidi olmazdıq

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Srebrenitsa soyqırımının 30-cu ildönümündə yazıb: Əgər dünya Srebrenitsa faciəsindən həqiqətən dərs çıxarsaydı, bu gün müsəlmanlara qarşı daha bir soyqırım – bu dəfə Qəzzada – baş verməzdi.
arannews:irna-Əraqçi özünün X hesabında paylaşdığı yazıda bildirib:

“Ötən il BMT 11 iyul tarixini ‘Srebrenitsa Soyqırımı Beynəlxalq Anım Günü’ elan etdi. Bu gün, ya bu dəhşətli cinayətdə şərik olanlar, ya da susaraq minlərlə günahsız müsəlmanın qətliamına yol açanlar üçün əbədi bir rüsvayçılıqdır.”

“Bu acı faciənin otuzuncu ildönümündə, İran İslam Respublikası bu soyqırımın günahsız şəhidlərini ehtiramla yad edir, sağ qalanlarla və onların ailələri ilə həmrəylik ifadə edir.”

“Əgər beynəlxalq ictimaiyyət Srebrenitsa faciəsindən layiqincə dərk edib nəticə çıxarsaydı, bu gün biz Qəzzada daha bir soyqırımın acı şahidi olmazdıq.”

“İran həmişə məzlumların yanında olacaq – istər Bosniya və Hersoqovinada, istərsə də Fələstində.”

  • Yazılıb
  • da (də) 2025 Jul 11
  • Göndərən رضا رستمی