İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədiyan Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri ilə telefon danışığında bildirib ki, Fars körfəzinin və onun bütün üzvlərinin bir-biri ilə bağlı təhlükəsizliyi region ölkələrinin birgə iştirakını tələb edir.
arannews:irna-Ali Rəhbərin nümayəndəsi və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədyan BƏƏ-nin milli təhlükəsizlik müşaviri Təhnun bin Zayid Ali Nəhyan ilə telefon danışığında bu ölkənin sionist rejimin İrana qarşı təcavüzünü pisləməsi ilə bağlı mövqeyinə görə təşəkkür edib. Eləcə də regiondakı ən mühüm məsələlər, ABŞ və sionist rejimin təcavüzkar hərəkətləri və iki ölkə arasındakı əlaqələr barədə fikir mübadiləsi aparıb.
Əhmədyan həmkarıyla söhbətinin davamında deyib: Fars körfəzinin təhlükəsizliyi və onun bütün üzvlərinin bir-biri ilə bağlı olan sabitliyi region ölkələrinin iştirakı ilə mümkün ola bilər. Əgər bu ölkələrdən birinin təhlükəsizliyi xarici təhdidlə üzləşərsə, bütün region problemlərlə qarşılaşacaq.
Bununla yanaşı, Ali Milli Təhlükəsizlik Şurasının katibi İranın əsas siyasətinin qonşularla münasibətlərin genişləndirilməsi olduğunu vurğulayıb.
BƏƏ-nin milli təhlükəsizlik müşaviri Təhnun bin Zayid Ali Nəhyan isə öz növbəsində İranın regiondakı mövqeyinə işarə edərək deyib: Regionun təhlükəsizliyi yalnız bu regionun bütün ölkələrinin iştirakı ilə təmin oluna bilər və bir ölkədə təhlükəsizliyin pozulması digər ölkələrə də mənfi təsir göstərəcək.
O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri hər zaman bütün problemlərin danışıqlar yolu ilə həll edilməsini dəstəkləyir.