İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran və Rusiya xarici işlər nazirləri yaxın günlərdə Çin Xalq Respublikasının Tiencin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşəcəklər.
arannews:irna-Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında planlaşdırılan bu görüş çərşənbə günü baş tutacaq.
Görüşdə əsas müzakirə mövzularının iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər, xüsusilə də İranın nüvə proqramı ilə bağlı son inkişaflar olacağı bildirilir.
Bəqayi əlavə edib ki, bu diplomatik görüş, bölgədə və beynəlxalq aləmdə artan gərginlik fonunda, İran və Rusiya arasında strateji məsləhətləşmələrin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, Əraqçi və Lavrov sonuncu dəfə 2025-ci il, iyulun 6-da Braziliyada keçirilən BRİKS sammiti çərçivəsində görüşərək, ikitərəfli münasibətlər, regional gərginliklər və xüsusilə İsrail və ABŞ-nin İrana qarşı hərbi təcavüzünün doğurduğu nəticələri müzakirə etmişdilər.